Şabranda iki yük avtomobili toqquşub, xəsarət alanlar var - VİDEO

Şabranda iki yük avtomobili toqquşub, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 27 mart 2014 09:31 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Bakı-Quba-Rusiya yolunun Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bərdə rayonunun Məmmədli kənd sakini 1975-ci təvəllüdlü Hüseynov Fəxri Qasım oğlunun idarə etdiyi 99 FN 255 dövlət nömrə nişanlı “Shaqman” markalı yük maşını qarşıda hərəkətdə olan eyni markalı 90 JD 478 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü F. Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR