Türkiyə İrandan neft idxalını azaltmayacaq

Türkiyə İrandan neft idxalını azaltmayacaq
# 16 noyabr 2013 15:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyə hökuməti İrandan neft idxalını azaltmayacaq. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, rəsmi Ankara Tehrandan neft idxalını bundan artıq azaltmayacağı ilə bağlı ABŞ hökumətini lazımi şəkildə məlumatlandırıb.

Qeyd edək ki, Türkiyə İrandan ən çox neft və təbii qaz idxal edən ölkələrdən biridir və gündəlik 105 min barel xam neft alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR