İran XİN rəhbəri: “Tehran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir” - VİDEO

İran XİN rəhbəri: “Tehran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir” - <span style="color: red;">VİDEO
# 05 may 2014 16:01 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və Edvard Nalbandyan görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələləri müzakirə ediblər.

M.C.Zərif İranla Ermənistan arasında əlaqələrin güclü dostluq, dərin mədəni və ictimai əlaqələr, həmçinin qarşılıqlı hörmət və yaxın qonşuluq kontekstində ortaq maraqlar əsasında formalaşdığını bildirib: “Hər iki ölkənin vacib regional və qlobal məsələlərdə mövqeləri bir-birinə yaxındır və beynəlxalq arenada bir-birilərini qarşılıqlı şəkildə dəstəkləyirlər. İran hökumətinin xarici siyasətində qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. Bu baxımdan İranla Ermənistan arasında əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir”.

İran rəsmisi deyib ki, siyasət, iqtisadiyyat, mədəniyyət və parlamentlərarası əməkdaşlıq, eləcə də nəqliyyat, enerji və bank sektoru da daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi vacibdir.

M.C.Zərif həmçinin Azərbaycanla Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, bu problemin sülh yolu ilə həllini dəstəklədiklərini vurğulayıb.

E.Nalbandyan isə öz növbəsində Ermənistanla İran arasındakı əlaqələrin tarixinə toxunaraq, ölkəsinin müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu söyləyib: “Müsbət atmosferdə aparılan danışıqlar buna əlverişli şərait yaradır. İki ölkə arasında münasibətlər qarşılıq maraqlar çərçivəsində daha da genişləndirilməlidir”.

O, iranlı həmkarını Ermənistana rəsmi səfərə də dəvət edərək, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrinin bütün tərəflərin xeyrinə nəticələnəcəyinə ümidvar olduğunu bildirib.

Hər iki nazir həmçinin regionda baş verən proseslər, o cümlədən Ukrayna və Suriyadakı vəziyyətlə də bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, E.Nalbandyan səfər çərçivəsində bu gün İran prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani və bu ölkənin digər rəsmiləri ilə görüşəcək. O, həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın məktubunu iranlı həmkarına çatdıracaq. Səfər İran xarici işlər nazirinin rəsmi dəvəti əsasında baş tutub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR