Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupu azərbaycanlıların döyülməsini pisləyən bəyanatla çıxış edib

Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupu azərbaycanlıların döyülməsini pisləyən bəyanatla çıxış edib
# 27 fevral 2013 22:07 (UTC +04:00)

APA-nın Avropa bürosuna Milli Assambleyadan daxil olmuş bəyantda qeyd edilib ki, bu olay qəbuledilməz təcavüzdür və cəzasız qala bilməz:“ Fransanın Milli Assambleyası hər zaman qarşılıqlı hörmət, dialoq və fikir mübadiləsi yeri olub. Buna görə də biz bu təhsisatın daxilində baş vermiş hadisəni çox kəskin pisləyirik.


Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələsi Bürosu və Erməni Məsələsini Müdafiə Komitəsi təşkilatlarının “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı konfrans keçirdikləri zaman, bu tədbirdə iştirak etmiş biri xanım olmaqla Azərbaycan əsilli iki gənc digər iştirakçılar tərəfindən təcavüzə məruz qalıblar.


Milli Assambleya daxilində indiyə kimi görünməmiş belə bir fakt diqqətsiz qala bilməz və bu təcavüzün müəllifləri cəzalandırılmalıdılar. Bu, eyni zamanda qəbuledilməyən qeyri-tolerantlıq, konstruktiv dialoqa zərbədir. Ermənistanın beynəlxaq ictimaiyyətin qətnamələrinə rəğmən, Azərbaycan ərazisinin böyük bir hissəsini hələ də hərbi işğalı altında saxladığı Cənubi Qafqaz regionunda sülhə və barışığa yalnız konstruktiv dialoq nəticəsində nail olmaq mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR