Beynəlxalq Maliyyə Korporasiyası daha bir Azərbaycan bankına kredit ayırır

Beynəlxalq Maliyyə Korporasiyası daha bir Azərbaycan bankına kredit ayırır
# 12 dekabr 2014 10:30 (UTC +04:00)

Bakı - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Turanbank”a xırda, kiçik və orta sahibkarlığı (SME) dəstəkləməsi üçün 7 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını bəyənib.

APA-Economics”in məlumatına görə, bu barədə IFC-nin saytında yer alan məlumatda qeyd olunur.

Vəsait qeyri-neft sektorunun inkişafının, bankın fond bazasının şaxələndirilməsi və maliyyələşdirmənin artımı səylərinin, maliyyələşdirmənin məhdudlaşdırılmış imkanları dövründə aktivlərin və passivlərin idarə edilməsinin yaxşılaşdırılması və həmçinin bankın SME portfelinin artırılması üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR