Ukrayna XİN rəhbəri Minsk razılaşmasının 2015-ci ildən sonra qüvvədə qalmasının əleyhinədir

Ukrayna XİN rəhbəri Minsk razılaşmasının 2015-ci ildən sonra qüvvədə qalmasının əleyhinədir
# 23 sentyabr 2015 01:54 (UTC +04:00)

Bakı-APA. Ukrayna XİN rəhbəri Pavel Klimkin Minsk sazişinin tətbiqinin 2015-ci ildən sonra davam etdirilməsinə dair dialoqun aparılmasına qarşı olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, P.Klimkin bunu Ukraynanın “24” telekanalına müsahibəsində deyib.

“Mən, əslində, “Minsk”in davam etdirilməsinə dair danışıqlara başlamağın əleyhinəyəm”, deyə XİN rəhbəri 2015-ci ildə Minsk sazişinin tətbiqi başa çatdıqdan sonra Kiyevin hansı addımlar atacağına dair suala cavab verərkən bildirib.

Qeyd edək ki, sentyabrın 12-də Berlində “normand dördlüyü” ölkələrin XİN rəhbərlərinin görüşü keçirilib. Görüşdə atəşkəs rejiminin qorunması, ağır silahların təmas xəttindən geri çəkilməsi, Donetsk və Luqansk vilayətlərində yerli seçkilərin keçirilməsi kimi məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR