İran hüquq-mühafizə qüvvələrinin komandanı: “İsfahanda baş vermiş toqquşmada bir neçə nəfər yaralanıb”

İran hüquq-mühafizə qüvvələrinin komandanı: “İsfahanda baş vermiş toqquşmada bir neçə nəfər yaralanıb”
# 04 mart 2013 06:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İsfahanda yerli sakinlərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmada ölən olmayıb, bir neçə nəfər yaralanıb”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm bildirib. Onun sözlərinə görə, hazırda bölgədə vəziyyət nəzarət altındadır.

İran müxalifətinə bağlı “Kaleme” portalı isə iğtişaşlar nəticəsində 3 yaşlı uşaq ağır kəllə-beyin travması aldığını və hazırda komada olduğunu yazıb.

Qeyd edək ki, toqquşma fevralın 27-də İsfahan şəhəri yaxınlığındakı Vərzənə kəndində baş verib. Belə ki, fevralın 22-də kənd sakinləri 42 gündür əkin yerlərinin suyunun kəsilməsini İsfahanın Zayənderud gölündən Yəzd şəhərinə çəkilən su kəməri ilə əlaqələndirdikləri üçün həmin xətti partladaraq öz etirazlarını bildiriblər. Fevralın 27-də kəməri təmir etmək üçün fəhlələr təhlükəsizlik qüvvələri ilə birlikdə hadisə yerinə gəliblər.

Ancaq kənd sakinləri buna imkan verməyiblər. Qəzəblənmiş kütlə daşlarla, dəyənəklərlə təhlükəsizlik qüvvələrinə hücum edib, onlara məxsus üç avtobusu yandırıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılmış videolarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edildiyi, onlarla insanın yaralandığı görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR