İsrailin baş naziri Binyamin Netanyahu seçkilərdə qələbə qazandığını elan edib

İsrailin baş naziri Binyamin Netanyahu seçkilərdə qələbə qazandığını elan edib
# 18 mart 2015 00:35 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermənin nəticələri hələlik elan olmayıb, lakin keçirilən üç “exit-poll” sorğusunun ikisinin nəticələrinə əsasən, “Likud” 120 mandatdan 27-sini toplayaraq “Sionist düşərgəsi” solçu müxalifət bloku ilə bərabər səs toplayıb. Üçüncü versiyaya görə isə, “Likud” 28 mandata nail olub, yəni “Sionist düşərgəsi”ndən 1 mandat irəlidədir.

““Likud”un rəhbərliyi altında milli düşərgənin böyük qələbəsi İsrail xalqının qələbəsidir”, deyə ardıcıl 3 dəfə, ümumilikdə isə, dördüncü dəfə hökumət rəhbəri vəzifəsinə iddialı olan Netanyahu Twitter səhifəsində sevinci ilə bölüşüb.

Qeyd edək ki, seçkiqabağı sorğuların hamısı müxalifətin qalib gələcəyini proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR