Natiq Əliyev: “Azərbaycan Avropa Komissiyasının DESFA ilə bağlı apardığı tədqiqatın uzanmasından narahatdır”

Natiq Əliyev: “Azərbaycan Avropa Komissiyasının DESFA ilə bağlı apardığı tədqiqatın uzanmasından narahatdır”
# 11 mart 2015 13:12 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economnics. "Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin alınması ilə bağlı sövdələşmə Avropa Birliyinin qanunvericiliyinə uyğun aparılıb. Azərbaycan Avropa Komissiyasında baxılan bu məsələnin nə üçün bu qədər uzun vaxt tələb etdiyini bilmək istəyir".

"APA-Economics"in xəbərinə görə, "EurActiv" saytına müsahibəsində bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

N. Əliyevin sözlərinə görə, 2013-cü ilin dekabrında SOCAR tenderi udaraq DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketini 400 mln. avroya alıb: “DESFA-nın 34%-lik qalan payı isə Yunanıstan dövləti tərəfindən idarə olunur. Sövdələşmə bir çox imkanlara yol açdı. Belə ki, Azərbaycan qazı üzrə təklifdə TAP öz rəqibi "Nabucco"ya qalib gəldi. Qeyd edim ki, SOCAR-ın TAP-dakı payı 20%-dir".

Nazir qeyd edib ki, 2014-cü ilin noyabrında DESFA-nın özəlləşdirilməsi məsələsi ilə bağlı tədqiqata başlanılıb. N. Əliyev deyib ki, martın 10-da Avropa Komissiyasının vitse-prezidenti Maros Şevçoviçlə görüşü zamanı Azərbaycanın bu prosedurla bağlı narahatlığını dilə gətirib.

O qeyd edib ki, Azərbaycan tərəfdən SOCAR-ın böyük pay hissəsinin əldə edilməsi ilə bağlı heç bir maraq toqquşması yaranmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR