ABŞ və Niderland Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır

ABŞ və Niderland Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır
# 25 iyul 2014 09:00 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Beynəlxalq ictimaiyyət Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı daha sərt tədbirlər görməlidir.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu fikir ABŞ prezidenti Barak Obama ilə Niderlandın baş naziri Mark Ryutte arasında baş tutmuş telefon söhbəti zamanı ifadə olunub.

Ağ evin açıqlamasında deyilir ki, hər iki dövlət rəsmisi Ukraynanın şərqindəki vəziyyəti təhlil edərkən, Rusiyanın ABŞ və Avropa Birliyi tərəfindən irəli sürülən şərtlərə əməl etmədiyini vurğulayıblar.

Onlar qeyd ediblər ki, son proseslər Rusiyanın separatçılara dəstək verməkdən əl çəkməyəcəyinə dəlalət edir.

Telefon söhbəti zamanı qərara alınıb ki, Ukraynadakı vəziyyətin gərginləşdirilməsinə imkan verilməsin və Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdirilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR