Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb- FOTO - YENİLƏNİB-3 - VİDEO

Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb- <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB-3  - <span style="color: red;">VİDEO
# 09 oktyabr 2014 19:34 (UTC +04:00)

APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində deyib.

E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitini binadan çıxarıb. Onun şəxsiyyəti hələlik məlum deyil. Təxminən 50 yaşında kişidir. İlkin məlumata görə, adı İlqardır (soyadı dəqiqləşdirilir) və Şirvan şəhər sakinidir. "Karvan" ticarət mərkəzində fəhlə işləyirmiş.

**** 22.14

Bakı. Mahir Məmmədli - APA. Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın söndürülüb. Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

*** 21.28

Bakı. Mahir Məmmədli - APA. Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın baş verib. APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.

FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR