Bank Of Baku

Cənubi Koreya XİN rəhbəri: “KXDR-yə qarşı sanksiyaların ləğvi hələ ki müzakirə olunmur”

Cənubi Koreya XİN rəhbəri: “KXDR-yə qarşı sanksiyaların ləğvi hələ ki müzakirə olunmur”
# 11 may 2018 22:44 (UTC +04:00)

Seul və Vaşinqton hazırkı mərhələdə Pxenyana qarşı sanksiyaların aradan qaldırılmasını müzakirə etmirlər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreyanın xarici işlər naziri Kan Qön Xva bəyan edib.

 

“Biz qarşıdan gələn ABŞ-KXDR sammitində denuklearizasiya istiqamətində konkret addımların atılacağını gözləyirik. Bu səbəbdən, sanksiyaların yumşaldılması hələ ki gündəmdə deyil”, deyə nazir qeyd edib.

 

Onun sözlərinə görə, rəsmi Seul ABŞ-KXDR sammitinin uğurla başa çatacağına ümid bəsləyir.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş iyunun 12-də Sinqapurda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR