Qazaxıstanın kənd təsərrüfatı və qida məhsulları bazarına dair təqdimat keçirilib - FOTO

Qazaxıstanın kənd təsərrüfatı və qida məhsulları bazarına dair təqdimat keçirilib - <span style="color: red;">FOTO
# 30 iyun 2015 15:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İyunun 30-da Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qazaxıstanın kənd təsərrüfatı və qida məhsulları bazarına dair təqdimat keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən 30-a yaxın yerli şirkətin nümayəndəsi iştirak edib. AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev yerli ixracatçıların xarici bazarlara çıxışı üçün tətbiq olunan prosedurlar, ixrac məhsullarına dair standartlar, logistika və digər məsələlər üzrə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini qeyd edib, AZPROMO-nun bu sahədə gördüyü işlər barədə məlumat verib.

AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı Qazaxıstanın qida məhsulları bazarındakı mövcud vəziyyəti, qiymətlər, məhsulların paylama mexanizmi, Azərbaycan məhsullarının idxalında maraqlı olan supermarket şəbəkələri, gömrük prosedurları, sertifikatlaşdırma, Qazaxıstanda keçiriləcək sərgilər və s. mövzuları əhatə edən təqdimatla çıxış edib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR