NATO baş katibi: “Rusiya Ukraynada sabitliyin bərpasına mane olur”

NATO baş katibi: “Rusiya Ukraynada sabitliyin bərpasına mane olur”
# 02 oktyabr 2014 10:53 (UTC +04:00)

Bakı – APA. “Rusiya beynəlxalq hüququ pozmaqda və Ukraynada sabitliyin bərpasına maneçilik törətməkdə davam edir”.

APA - nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

“Rusiyanın hərbi müdaxiləsi ilə Ukraynada yaranmış münaqişə Avroatlantik təhlükəsizlik üçün ciddi problemdir”, - deyə o qeyd edib.

Y. Stoltenberq bildirib ki, NATO Ukraynaya dəstək verməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR