FHN-in İdman-sağlamlıq klubu güləş üzrə çempionat keçirib - FOTOSESSİYA

FHN-in İdman-sağlamlıq klubu güləş üzrə çempionat keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 06 noyabr 2015 14:38 (UTC +04:00)

Bakı - APA. Noyabrın 5-6-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə qurumlar arasında sərbəst güləş üzrə çempionat keçirilib.

APA-nın məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışlarda nazirliyin 16 qurumunun 100-dək idmançısı mübarizə aparıb.

Yarış olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilib. Yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər idarə edib.

Komanda hesabında I yerə Xüsusi Riskli Xilasetmə Xidməti, II yerə Dövlət Yanğından Mühafizə Xidməti, III yerə Mülkü Müdafiə Qoşunlarının komandaları çıxıb.

Daha sona çıxış edən İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalibləri təbrik edib, bildirib ki, sərbəst güləş üzrə çempionat 6-ci dəfədir keçirilir və növbəti illərdə davamı gözlənilir.

Sonda Füzuli Musayev və Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, çempionatda qonaq qismində Güləş Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, tanınmış idmançılar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR