Kristian Karambö: “Azərbaycan yığmasının AVRO-2016-da iştirakını istərdim”

Kristian Karambö: “Azərbaycan yığmasının AVRO-2016-da iştirakını istərdim”
# 16 mart 2015 08:59 (UTC +04:00)

Bakı – APA. “Bakı məndə xoş təəssürat yaratdı. Azərbaycana gəlməklə, bu şəhəri kəşf etdim. Ölkənizdə hər şey yüksək səviyyədədi”. Bunu apasport.az saytına Fransa millisinin sabiq futbolçusu Kristian Karambö deyib.

Çimərlik futbolu üzrə Bakı-2015-in püşkatmasına görə hazırda paytaxtımızda olan ötənlərin məşhur oyunçusu burda gördüklərindən məmnunluq duyduğunu ifadə edib: “Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. İnfrastruktur gözəldi. Bakıya gələcək idmançılara hər cür şərait yaradılıb. Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi ilə söhbətim oldu. O bildirdi ki, komandaya diqqət və qayğı yüksək səviyyədədi və yarışa ciddi hazırlaşırlar. Mənim isə Bakıya növbəti səfərim yayda olacaq. Həmin vaxt həm çimərlik futbolunda, həm də digər idman növlərində əlimdən gələn köməkliyi etməyə çalışacam”.

Karambö, həmçinin futbol üzrə yığma komandamızın hazırkı durumundan da söz açıb: “Azərbaycan futbolunun inkişafda olduğunu görürəm. Baş məşqçi Robert Prosineçki ilə söhbət etdik. O dedi ki, burda istedadlı gənclər var və onlarla uğur qazanmaq olar. Prosineçki göstərilən qayğıdan da məmnundu. Əsas məqsəd DÇ-2018-ə ciddi hazırlaşıb, orda uğur qazanmaqdı. Amma mən bir fransız olaraq, Azərbaycanın Fransada keçiriləcək Avro-2016-da iştirak etmələrini istərdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR