Bank Of Baku

"İnterpol"la axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

"İnterpol"la axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
# 29 avqust 2026 12:03 (UTC +04:00)

Gürcüstanda İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, həmin şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında xuliqanlıq və başqasının əmlakına qəsdən ziyan vurma ittihamları ilə axtarışda olub.

İstintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR