15 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib

15 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib
# 05 fevral 2013 13:38 (UTC +04:00)

Bakı – APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib.

APA-nın xəbərinə görə, “Konstitusiya” Araşdırmalar Fondunun ATƏT-in Bakı ofisinin dəstəyi ilə həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2013” layihəsi çərçivəsində baş tutan monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, kitabxanaya, dini ibadət otağına baxış keçirilib, müəssisədə sıxlıq müşahidə edilib.

Bununla yanaşı, məhkumlarla görüş keçirilib, onlarla rəftar, saxlanma şəraiti müzakirə edilib, 7 məhkuma hüquqi yardım göstərilib.

Qeyd olunub ki, 15 saylı cəzaçəkmə müəssisəsində məhkumların işlə (158 nəfər) və təhsillə (75 nəfər) təmin olunması vəziyyəti digər müəssisələrlə müqayisədə yüksəkdir. Müəssisədə məscidlə yanaşı, xristian məhkumlar üçün kilsə də fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR