Azərbaycan BMT-yə hesabat təqdim edəcək

Azərbaycan BMT-yə hesabat təqdim edəcək
# 07 noyabr 2015 08:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan “İşgəncə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar və cəza növləri əleyhinə Konvensiya”nın həyata keçirilməsi ilə bağlı BMT-də hesabat təqdim edəcək.

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın təqdim edəcəyi hesabata noyabrın 11-12-də baxılması planlaşdırılır.

Qeyd edək ki, noyabrın 9-da BMT-nin İşgəncələr əleyhinə komitəsinin sessiyası başlayacaq və dekabrın 9-dək davam edəcək. Bu müddət ərzində Avstriya, Danimarka, İordaniya, Çin və Lixtenşteynin təqdim etdiyi hesabatların da nəzərdən keçirilməsi planlaşdırılır.

“İşgəncə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar və cəza növləri əleyhinə Konvensiya” BMT Baş Assambleyası tərəfindən 1984-cü ildə qəbul olunub və indiyədək 156 dövlət tərəfindən ratifikasiya edilib. İştirakçı dövlətlər hər 4 ildən Konvensiyanın həyata keçirilməsi istiqamətində atılan inzibati və qanunvericilik tədbirləri ilə bağlı hesabatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR