"NBC Bank"ın səhmlərinin yerləşdirilməsi müddəti artırılıb

"NBC Bank"ın səhmlərinin yerləşdirilməsi müddəti artırılıb
# 14 iyul 2015 09:14 (UTC +04:00)

Bakı - APA-Economics. “NBC Bank” ASC-nin 19 noyabr 2014-cü il tarixdə AZ1007005757 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin yerləşdirilmə müddəti 19 noyabr 2015-ci il tarixinə qədər uzadılıb.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar sözügedən səhmlərin emissiya prospektinin 15-ci bəndinə aşağıdakı dəyişikliklər edilib və həmin dəyişikliklər QKDK tərəfindən nəzərə alınıb:

“Səhmlərin yerləşdirilməsi 19 noyabr 2015-ci il tarixində başa çatacaq”.

Səhmlərin alışında maraqlı olan şəxslər Birja üzvü olan şirkətlərə müraciət edə bilərlər.

Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR