Moskvada Boris Nemtsovla vida mərasimi keçirilir - VİDEO

Moskvada Boris Nemtsovla vida mərasimi keçirilir - <span style="color: red;">VİDEO
# 03 mart 2015 08:25 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, vida mərasimi yerli vaxtla saat 14.00-dək Saxarov mərkəzində keçiriləcək.

Rusiya prezidenti Vladimir Putin mərasimdə iştirak etməyəcək. Onun mətbuat katibi Dmitri Peskov bildirib ki, o, mərasimə Dövlət Dumasındakı nümayəndəsi Qarri Minxi göndərib.

Baş nazir Dmitri Medvedev və onun müavinləri də vida mərasimində iştirak etməyəcəklər.

Qeyd edək ki, B. Nemtsov bu gün saat 15.30-da Moskvadakı qəbiristanlıqların birində dəfn olunacaq.

Xatırladaq ki, B. Nemtsov fevralın 27-də axşam saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR