İranda qiymət artımına nəzarət gücləndiriləcək

İranda qiymət artımına nəzarət gücləndiriləcək
# 25 mart 2013 16:17 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Yeni ildə əsas məsələ ölkədə qiymət artımına nəzarətin gücləndirilməsi, kənd təsərrüfatının inkişafına dair layihənin davam etdirilməsidir”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni deyib. O bildirib ki, İranda hicri-şəmsi təqvimiylə yeni başlayan ildə nazirliyin atacağı ilk addımlar ölkədə istehsal gücünün, dağ-mədən sənayesində istehsalın, bütün kateqoriyalar üzrə işçilərin maaşlarının artırılması, əlavə investisiyaların cəlb edilməsi ilə bağlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR