DİN jurnalistin atasının ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb

DİN jurnalistin atasının ölümü ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb
# 29 mart 2015 12:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi jurnalist Aynur Elgünəşin atasının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 25-də saat 10 radələrində Mingəçevir şəhərində şəhər sakini Elgün Hüseynovun idarə etdiyi “Otoyol” markalı avtobus, Yevlax rayon sakinləri İmaməli Hacıyevin idarə etdiyi “QAZ-24” və İbrahim Hacılının idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə “Otoyol” markalı avtobus aşıb.

E.Hüseynovun sərnişinlərindən həmyerlisi Turan Abbasov, Ağdam rayon sakinləri Telman Qəmbərov və Asif Həsənov hadisə yerində ölüblər.

Digər 16 sərnişini, habelə “VAZ-2109”-un sürücüsü İ. Hacılı xəstəxanaya yerləşdirilib. Onlardan M. Muradovanın, R. Mustafayevin və İ. Hacılının vəziyyətləri qənaətbəxş hesab edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, T. Qəmbərov jurnalist A. Elgünəşin atasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR