Gəndob-Yalama yolunda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb - VİDEO

Gəndob-Yalama yolunda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 26 avqust 2015 10:55 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun 26-cı km-də qeydə alınıb. Xaçmaz rayonu, Mançaroba kənd sakini, 1956-cı il təvəllüdlü Səmədov Nəsrəddin Şəmsəddin oğlunun idarə etdiyi 27 BG 814 dövlət nömrə nişanlı “QAZ 3110” markalı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonu, Müzəffəroba kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Orxan Malik oğlunun idarə etdiyi 10 LN 912 dövlət nömrə qeydiyyatlı “Vaz 21012” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində hər iki maşının sürücüsü və “QAZ 3110”-da olan sərnişin Xaçmaz rayonu, Mançaroba kənd sakini, 1966-cı il təvəllüdlü Osmanov Osman Hacıbala oğlu xəsarət alıb.


Hər üç şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR