Bakı-Şamaxı yolunun 45/91- km-lik hissəsində əlavə iki zolağın tikintisi 2015-ci ildə bitəcək

Bakı-Şamaxı yolunun 45/91- km-lik hissəsində əlavə iki zolağın tikintisi 2015-ci ildə bitəcək
# 18 iyul 2014 07:15 (UTC +04:00)

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, ümumilikdə torpaq işlərinin 40%-i yerinə yetirilib.

“25 ədəd dairəvi boru tikilib və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb. Ərazidə tikintisi aparılan körpülərdən birində sıvayların tikintisi başa çatdırılıb. Hazırda digər hissələrin tikintisi işləri gedir. Üçaşırımlı körpünün uzunluğu 58 m, eni 11, 5 m olacaq”, - deyə P. Mürsəliyev bildirib.

Qeyd edək ki, 2013-cü ilin avqustunda başlanan işlərin 2015-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR