Mixail Şvıdkoy: “Bu forum Azərbaycana hörmətin bariz nümunəsidir” - VİDEO

Mixail Şvıdkoy: “Bu forum Azərbaycana hörmətin bariz nümunəsidir” - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2014 14:52 (UTC +04:00)

Bu fikirləri APA TV-yə müsahibəsində Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

"Mən bu forumun demək olar ki, ən köhnə dostu sayılıram. Artıq dördüncü dəfədir ki, qatıldığım IV Bakı Beynəlxalq Humanitar Forumunda mən eyni zamanda Rusiyanın koordinatoru kimi çıxış edirəm. İllər ötdükcə forumun əhəmiyyəti çox artır. Çoxlu sayda qonaqların gəlməsi isə ən ciddi, ən dərin və əhəmiyyətli intellektual, siyasi və mülki problemləri müzakirə etməyə ehtiyac olduğunu göstərir. Hətta qonaqlarının sayının deyil, iştirakçıların nüfuzuna görə də bu forum demək olar ki, müqayisə olunmazdır. Bütün beynəlxalq təşkilatlar da bu forumun işinə qatılır".

“Azərbaycanın müasir dünyada və regionda rolunun artmasında forumun əhəmiyyəti danılmazdır” - deyən Mixail Şvıdkoy əlavə edib ki, IV Bakı Beynəlxalq Humanitar Forumu Şərqlə Qərb arasında, müsəlman və slavyan, Avropa dünyası arasındakı vacib mədəni, siyasi, iqtisadi mərkəzlərdən birinə çevrilib.

"Bu, təkcə Azərbaycanın regionda deyil, dünyada nüfuzunun artmasının əyani göstəricisidir. Eyni zamanda Azərbaycana hörmətin bariz nümunəsidir. Forum həmçinin Azərbaycana bir sıra məsələlərin müzakirəsində, sivilizasiyalar alyansının müzakirəsi üçün müxtəlif mədəniyyətlərin cəlb edilməsində böyük üstünlüklər verir".

Qeyd edək ki, sentyabrın 31-dən oktyabrın 1-dək Bakıda III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. İki gün davam edəcək Forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR