ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb

ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb
# 21 noyabr 2014 09:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova -APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-160, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, noyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir.

Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm artım, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR