Azərbaycan Mərkəzi Bankı ipoteka proqramı ilə bağlı təkliflərini hökumətə göndərib

Azərbaycan Mərkəzi Bankı ipoteka proqramı ilə bağlı təkliflərini hökumətə göndərib
# 01 aprel 2015 13:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı ipoteka proqramı ilə bağlı təkliflərini hökumətə göndərib.

APA-Economics”in məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu təkliflərdə həm sosial, həm də kommersiya ipotekasının məbləğinin, ümumilikdə ipotekaya ayrılan məbləğin dəfələrlə artırılmasını təklif ediblər. Eyni zamanda ipotekanın regionlarda geniş tətbiq edilməsi təkliflərdə öz əksini tapıb. Bundan başqa, Azərbaycan Mərkəzi Bankı ucuz tikinti ipotekasının da tətbiq etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR