28 yaşlı Lənkəran sakini 9 ay əvvəl itkin düşüb - FOTO

28 yaşlı Lənkəran sakini 9 ay əvvəl itkin düşüb - <span style="color: red;">FOTO
# 14 aprel 2015 10:58 (UTC +04:00)

Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib. Bildirilib ki, rayonun Bala Şürük kənd sakini, 1987-ci il təvəllüdlü Vidadi Dadi oğlu Əliyev 8 iyul 2014-cü ildə yaşadığı ünvandan naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. İtkin düşmüş şəxsin boyu 169 sm, orta bədən quruluşlu, gözləri göy, saçları isə qara rəngdədir. İtkin düşmüş şəxs ailəlidir.

Hazırda Lənkəran ŞRPŞ-nin əməkdaşları itkin düşən şəxsin axtarışlarını davam etdirirlər.

Onu görən və ya yerini bilənlərdən (02525) 4-83-38, 4-83-20, (50) 542-37-02 və (051) 911-28-28 nömrələrinə zəng vurmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR