Nazir müavini: "Vergi daxilolmaları ilə bağlı proqnoz tam icra olunacaq"

Nazir müavini: "Vergi daxilolmaları ilə bağlı proqnoz tam icra olunacaq"
# 29 iyun 2016 13:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyi vergi daxilolmaları ilə bağlı bu il üçün nəzərdə tutulmuş proqnoz tapşırığa tam əməl edəcək.

"APA-Economics" xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

"Bir neçə gündən sonra bu ilin 6 ayının nəticələri bəlli olacaq. Vergilər Nazirliyi bu ilin 6 ayı üzrə proqnoz tapşırığı tam yerinə yetirəcək və ilin sonuna vergi proqnozlarının tam həcmdə yerinə yetirilməsi gözlənilir", - deyə nazir müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR