"Bakcell" Bakı-Sumqayıt dəmir yolu xəttini internetlə təmin edib

"Bakcell" Bakı-Sumqayıt dəmir yolu xəttini internetlə təmin edib
# 06 oktyabr 2015 09:54 (UTC +04:00)

Bunu “APA-Economics”ə “Bakcell”in baş satış direktoru Fedja Hadzic bildirib.

Onun sözlərinə görə, hazırda gündəlik olaraq Bakıdan Sumqayıta və geriyə qayıdan sərnişinlər qatardan istifadə edərkən "wi-fi"dan yararlana bilirlər: “Bu misallardan gördüyünüz kimi, bizim məqsədimiz telekommunikasiya sahəsində tutduğumuz aparıcı mövqeyimizi qoruyub saxlamaqda davam etməkdir. Müştərilərimizə daha yaxşı və daha yüksək səviyyəli xidmətlər göstərə bilmək üçün biz əməliyyatlarımıza daim investisiyalar yatırırıq. Yaxın zamanlarda biz yeni məhsullarımızı bazara çıxarmağı planlaşdırırıq”.

F. Hadziç bildirib ki, şirkətin korporativ abunəçilərinin mobil internetə tələbatı daim artır: “Bununla əlaqədar olaraq yaxın gələcəkdə istifadəyə veriləcək yeni məhsullarımız əsasən təqdim etdiyimiz yüksək sürətli 4G xidməti ilə bağlı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR