Bank Of Baku

Çavuşoğlu: ABŞ-ın "F-35" satışına qadağa qoyarsa, Türkiyə müvafiq cavab verəcək

Çavuşoğlu: ABŞ-ın "F-35" satışına qadağa qoyarsa, Türkiyə müvafiq cavab verəcək
# 06 may 2018 11:49 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alarsa, ABŞ-ın "F-35" qırıcı təyyarələrinin Türkiyəyə satışına qadağa qoyacağı barədə hədəyə münasibət bildirib.

 

APA-nın məlumatına görə, M. Çavuşoğlu "CNN Turk" telekanalına müsahibəsində deyib ki, əgər ABŞ "F-35" qırıcı təyyarələrinin Türkiyəyə satışına qadağa qoyarsa, Türkiyə bununla bağlı müvafiq cavab tədbirləri görəcək.

 

Türkiyənin hazırda bu tədbirlər üzərində çalışdığını qeyd edən M. Çavuşoğlu ABŞ-ın bu qərarının yanlış və məntiqsiz olacağını vurğulayıb.

 

Qeyd edək ki, hazırda ABŞ Nümayəndələr Palatasında Türkiyəyə "F-35" qırıcı təyyarələrinin satışına qadağa qoyulması məsələsi müzakirə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR