“Seltik” – “Qarabağ” matçının vaxtı müəyyənləşib

“Seltik” – “Qarabağ” matçının vaxtı müəyyənləşib
# 23 iyul 2015 11:22 (UTC +04:00)

Bakı – APA. Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Seltik” – “Qarabağ” oyununun keçirilmə günü açıqlanıb. Apasport.az Şotlandiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Qlazqoda baş tutacaq ilk qarşılaşma iyulun 29-da, yerli vaxtla 19:45-da (Bakı vaxtı ilə 23:45) start götürəcək.

Görüşün biletləri də satışa çıxarılıb. Böyüklər üçün biletlərin qiyməti 22, 16 yaşdan aşağı olanlar üçün 12, 13 yaşdan aşağı olanlar üçün isə 7 avroya bərabərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR