Bank Of Baku

Saatlıda baş verən avtoqəzada 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Saatlıda baş verən avtoqəzada 6 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 12 iyun 2018 13:11 (UTC +04:00)

Saatlıda rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində “VAZ 2105” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Saatlı rayon xəstəxanasına yerləşdirilib.

 

Xəsarət alanlar Qaranuru kənd sakinləri - 1991-ci il təvəllüdlü Abışova Şəhanə Ələddin qızı, 1972-ci il təvəllüdlü Eynullayeva Zəminə İsrafil qızı, 1982-ci il təvəllüdlü Abışov Şahin Füzuli oğlu, 1967-ci il təvəllüdlü Urfanov Kamil Kərim oğludur. İki nəfərin kimliyi müəyyənləşdirilir. Xəsarət alanlardan vəziyyəti ağır olan 2 nəfər Bakıya göndərilib.

 

Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır. 

 

***

 

12:58

 

Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində “VAZ 2105” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR