Türkiyədəki parlament seçkiləri ilə bağlı Azərbaycanda səsvermə oktyabrın 25-də keçiriləcək

Türkiyədəki parlament seçkiləri ilə bağlı Azərbaycanda səsvermə oktyabrın 25-də keçiriləcək
# 01 sentyabr 2015 13:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin Ali Seçki Şurası 1 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı xarici ölkələrdə keçiriləcək səsvermənin tarixlərini açıqlayıb.

APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycanda səsvermə oktyabrın 25-də keçiriləcək. Səsvermə ilə bağlı dünyanın 54 ölkəsində yerləşən 112 nümayəndəlikdə səsvermə məntəqəsi yaradılacaq. Azərbaycanda səsvermə 3 yerdə - Bakıdakı səfirlikdə, Gəncə və Naxçıvan şəhərlərindəki baş konsulluqlarda keçiriləcək.

Ümumilikdə xarici ölkə vətəndaşları üçün səsvermə 8-25 oktyabr tarixlərində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR