Bank Of Baku

Paşinyan: Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmır

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 05 noyabr 2026 13:53 (UTC +04:00)

Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır.

“Armenpress”in xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə iki gün əvvəl Brüsseldə 2027 və ya 2028-ci illərdə Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə təqdim etməyi real hesab etdiyinə dair bəyanatından danışarkən bildirib.

“Biz Aİİ-dən çıxmağa hazırlaşmırıq, söz verdiyimiz kimi xalqımıza alternativ variantlar təklif etməyə hazırlaşırıq. Xalqımız seçim edə bilməlidir. Biz Aİİ-dən çıxmaq fikrində deyilik, lakin siz bilirsiniz ki, bu qurum üzrə tərəfdaşlarımız xarici siyasət kursumuzun müəyyən edilməsi və referendumun keçirilməsi məsələsini qaldırırlar. Mən bildirdim ki, hazırda referendumun keçirilməsi üçün heç bir əsas yoxdur. Aİİ-dən çıxmaq və Aİ-yə daxil olmaq üçün referendum keçirilməzdən əvvəl müəyyən prosedurlardan keçmək lazımdır. Biz bu yolla gedirik. Mənə aydındır ki, proses Avropa İttifaqının tamhüquqlu üzvü statusu almaq prosedurunun başlanması üçün rəsmi olaraq — 2027 və ya 2028-ci ildə müraciət etməyimizə doğru gedir”, - Nikol Paşinyan vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR