Azərbaycanda holoqramlı malların reyestri yaradılacaq

Azərbaycanda holoqramlı malların reyestri yaradılacaq
# 25 yanvar 2013 07:32 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət reyestrinin aparılması Qaydaları»nı təsdiqləyib.

«Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» qanuna və bu qanunun tətbiqi ilə bağlı prezident fərmanına əsasən hazırlanmış bu qaydalar nəzarət markası yapışdırılmış audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab və s.-nin dövlət reyestrinin aparılması ilə bağlı məsələləri tənzimləyir.

Qaydalara əsasən, dövlət reyestrində nüsxələrinə nəzarət markası yapışdırılan audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu və kitablar barədə məlumatlar, o cümlədən nəzarət markalarının verilməsi üçün sənədlər, nüsxələri hazırlayan və yayan hüquqi və fiziki şəxslər, nəzarət markalarının sayı, seriyası, nömrəsi və verilmə tarixi əksini tapmalıdır. Dövlət Reyestri Müəllif Hüquqları Agentliyi tərəfindən aparılır.

Reyestrdəki məlumatlar ictimaiyyət üçün açıqdır. Maraqlı şəxslərin və qanunla səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının müraciətləri əsasında 3 iş günü müddətində Dövlət Reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR