Bank Of Baku

Bakı sakinini evində öldürüb qaçan şəxs tutulub

Bakı sakinini evində öldürüb qaçan şəxs tutulub
# 07 iyun 2019 11:51 (UTC +04:00)

Paytaxtın Sabunçu rayonunda qətl törədib qaçan şəxs saxlanılıb.

axili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “102 – Zəng Mərkəzi”nə iyunun 6-da saat 1:00 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gələn şəxsin ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk etməsi və ev sahibinin hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini Bərdə rayon sakini C.Babaşovun münaqişə zəminində törətməsi müəyyən edilib.

C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR