Rusiyanın Nijni Novqorod vilayətində yerləşən “Savasleyka” hərbi aerodromuna kütləvi hücum nəticəsində 5 təyyarə vurulub.
"UNIAN"ın məlumatına görə, bu barədə “Exilenova+” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, zədələnən təyyarələrdən üçü MiQ-31, ikisi isə Su-34 tipli təyyarələrdir. Məlumatda qeyd olunur ki, “Savasleyka” Rusiyanın ən yaxşı müdafiə olunan hərbi aerodromlarından biri hesab edilir.
Həmçinin, bildirilir ki, Ukraynaya qarşı “Kinjal” hipersəs raketlərinin buraxılması üçün istifadə edilən MiQ-31K qırıcıları məhz bu aerodromdan havaya qalxır.