“AZAL” işçilərinin əmək haqlarının gecikdirilməsinə münasibət bildirib

“AZAL” işçilərinin əmək haqlarının gecikdirilməsinə münasibət bildirib
# 25 noyabr 2014 08:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) məvaciblərin iki aya yaxın gecikdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu “APA-Economics”ə AZAL-ın Xidmət rəisi Məhərrəm Səfərli deyib.

“AZAL çoxminli kollektivdir və işçilər maaşları hissə-hissə alır. Düzdür, iki, üç və beş gün gecikmələr ola bilər. Lakin, bundan çox çəkmir. Məsələn, hal-hazırda uçuş heyətinin maaşı verilib, Milli Aviasiya Akademiyası əməkdaşlarının maaşı verilib. İndi hissə-hissə bu gün-sabah da biz alacağıq”, - deyə M. Səfərli bildirib.

Qeyd edək ki, bəzi KİV-lər sosial şəbəkələrə istinadən AZAL-ın Aeronaviqasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşlarının məvaciblərinin iki aya yaxın gecikdirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda işçilərin sentyabr ayının məvacibini oktyabr ayının ortalarında alması iddia edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR