Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibi cərimələnib

Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibi cərimələnib
# 16 mart 2015 08:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin yanvar ayı ərzində sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 80 müəssisənin sahibi inzibati qaydada cərimələnib.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 7 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib.

İ. Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 377 yeyinti məhsulundan, toksikoloji 23 məhsuldan nümunə götürülüb. Bakterioloji məhsullardan götürülən 263 nümunədən 2 qeyri-kafi nəticə əldə olunub.

Ötən ay ərzində şadlıq evlərindən 1267 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 5 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Bu ilin fevral ayında Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 78 nəfər zərər çəkib. Bu müddətdə 2 botulizm hadisəsi qeydə alınıb, nəticədə 3 nəfər zərər çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR