Mövlud Çavuşoğlu: “Qondarma “erməni  soyqırımı”na qarşı qardaş Azərbaycanla birlikdə mübarizə aparacağıq” - VİDEO

Mövlud Çavuşoğlu: “Qondarma “erməni  soyqırımı”na qarşı qardaş Azərbaycanla birlikdə mübarizə aparacağıq” - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2014 07:23 (UTC +04:00)

Ankara. Mayis Əlizadə - APA. “Qondarma “erməni soyqırımı”na qarşı birgə mübarizə aparacağıq”. Bu sözləri APA-nın Türkiyə təmsilçisi ilə söhbətində Türkiyənin yeni xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.

“Siz Azərbaycanı, Azərbaycan da sizi yaxşı tanıyır. Nazir kimi Azərbaycana hansı mesajı vermək istərdiniz?” - sualına M. Çavuşoğlu belə cavab verib: “Azərbaycan əmin olsun ki, mən həm də onun xarici işlər naziri kimi çalışacağam. Bütün məsələlərdə səylərimizi və qüvvələrimizi birləşdirəcəyik”.

“Qarşıdan 2015-ci il gəlir. Ermənilər Türkiyəyə qarşı “soyqırım” təzyiqini gücləndirəcəklər. Bununla bağlı hansı işləri görəcəksiniz?” - sualını isə yeni nazir Azərbaycan ləhcəsiylə “qondarma “erməni soyqırımı”na qarşı qardaş Azərbaycanla birgə mübarizə aparacağıq” - sözləriylə cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR