Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTO

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - <span style="color: red;">FOTO
# 04 oktyabr 2014 13:20 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Quba rayonuna səfər edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, iştirakçıları qarşılayan Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqlara Quba rayonu haqqında məlumat verib. Forum iştirakçıları Heydər Əliyev mərkəzində, Gənclər Mərkəzində, Cümə məscidində və Qədim Quba Xalçaçılıq müəssisində olublar. Onlara Qubanın özəllikləri barədə məlumat verilib. Daha sonra xarici qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Bildirilib ki, 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığından əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR