Xaçmazda maşın xəndəyə aşıb, bir nəfər ölüb - VİDEO

Xaçmazda maşın xəndəyə aşıb, bir nəfər ölüb - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2014 07:26 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Ötən gün axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 5-ci km-də qeydə alınıb. 1990-cı il təvəllüdlü İsgəndərova Simuzər Həsən qızı yüksək sürətlə idarə etdiyi “Hyundai Santafe” markalı avtomaşının idarəetməsini itirərək yolun kənarındakı xəndəyə aşırıb. Qəza nəticəsində maşında olan 1985-ci il təvəllüdlü Abşeron şəhər sakini Məmmədov Vidadi Elçin oğlu dünyasını dəyişib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR