Bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai-siyasi və dini təşkilatların struktur bölmələrini yaratmaq qadağan edilir

Bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai-siyasi və dini təşkilatların struktur bölmələrini yaratmaq qadağan edilir
# 05 fevral 2015 10:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır”.

APA-nın məlumatına görə, bu, yeni hazırlanan “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsinin 16-cı maddəsində əksini tapıb.

Bundan başqa, maddədə bildirilir ki, bələdiyyə qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və ya səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının xeyrinə istifadə etmək qadağan olunur. Bələdiyyə qulluqçusunun ictimai-siyasi fəaliyyəti, yaxud ictimai-siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

Qeyd edək ki, qanun layihəsi MM Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR