Arzu Rəhimov Tovuzda qərb rayonlarının sakinləri ilə görüşəcək

Arzu Rəhimov Tovuzda qərb rayonlarının sakinləri ilə görüşəcək
# 19 avqust 2014 12:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov sabah qərb rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə APA-ya Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Görüş saat 10:00-da Xidmətin Tovuz rayon şöbəsinin inzibati binasında (Tovuz şəh. İ.Mürşüdov küç. 26) keçiriləcək.

Görüşdə Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz sakinləri iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR