Bu ilin I yarısında 355 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

Bu ilin I yarısında 355 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib
# 14 iyul 2015 12:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ilin yanvar-iyun aylarında 355 kiçik dövlət müəssisə və obyekti, 222 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən dövr ərzində 224 qeyri-yaşayış sahəsi və 162 torpaq sahəsi icarəyə verilib.

Keçirilmiş 25 pul hərracında 14 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.

Hesabat dövründə səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5808 illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4353-ü isə elektron formada təqdim olunub.

216 səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR