Boliviyada baş vermiş avtoqəzada 7 nəfər ölüb, 20 nəfərdən çox sərnişin yaralanıb

Boliviyada baş vermiş avtoqəzada 7 nəfər ölüb, 20 nəfərdən çox sərnişin yaralanıb
# 06 fevral 2013 01:56 (UTC +04:00)

Bakı-APA. Boliviyanın paytaxtı La Pas şəhərindən 800 km cənubda baş vermiş avtomobil qəzasında ən azı 7 nəfər ölüb, 23 nəfər sərnişin isə yaralanıb. APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən avtobusun aşması nəticəsində aldıqları ağır xəsarətlərdən hadisə yerində 6 nəfər ölüb, daha bir sərnişin xəstəxanada keçinib. Xəstəxanaya 23 nəfər yerləşdirilib.

Məlumata görə, bir neçə yaralananların vəziyyəti ağırdır. Hadisə yerindən qaçan sürücü saxlanılıb. İlkin məlumata görə, o sərxoş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR