Elmar Məmmədyarov Almaniyanın sabiq xarici işlər naziri Hans Ditrix Genşer ilə görüşüb

Elmar Məmmədyarov Almaniyanın sabiq xarici işlər naziri Hans Ditrix Genşer ilə görüşüb
# 02 fevral 2013 11:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Hans Ditrix Genşer ilə görüşüb. APA-nın məlumatına görə, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı durumu və perspektivləri müzakirə edilib.

Görüşdə eyni zamanda regional proseslərlə bağlı fikir mübadiləsi aparılıb, tərəflər Alman-Azərbaycan Forumunun fəaliyyətini, o cümlədən Forumun iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR