Ötən il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 5 ölkənin vətəndaşı olan 56 əcnəbi saxlanılıb

Ötən il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 5 ölkənin vətəndaşı olan 56 əcnəbi saxlanılıb
# 18 aprel 2014 15:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2013-cü ildə 2 min 197 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

APA-nın məlumatına görə, məsuliyyətə cəlb ediləndən 8 nəfəri 18 yaşınadək, 2 nəfəri orta məktəb şagirdi, 516 nəfəri 30 yaşadək, 1607 nəfəri 30 yaşdan yuxarı, 38 nəfəri fəhlə, 11 nəfəri qulluqçu, 1 nəfəri vəzifəli şəxs, 1 nəfəri kənd təsərrüfatı işçisi, 51 nəfəri qadındır.

Keçən il məsuliyyətə cəlb olunan 56 nəfər xarici ölkə vətəndaşından 40 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərdən 25 nəfəri İran, 19 nəfəri Rusiya, 5 nəfəri Gürcüstan, 4 nəfəri Türkiyə, 1 nəfəri Ukrayna, 1 nəfəri Hindistan, 1 nəfəri isə Slovakiya vətəndaşıdır. Götürülmüş narkotik vasitələrin 26 kq-dan çoxu Türkiyə vətəndaşlarının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR